Norveçin Tromse şəhərində Beynəlxalq Şahmat Federasiyası (FİDE) prezidentinin seçkiləri keçirilib. Səsvermədə 172 ölkənin nümayəndələri iştirak ediblər. Səsvermədən əvvəl prezidentliyə namizədlər Kirsan İlyumjinov və Harri Kasparova seçkiqabağı nitq üçün 15 dəqiqə vaxt verilsə də, onlar daha az vaxtla kifayətləniblər.
Harri Kasparova verilən 61 səs müqabilində 110 səs toplayan Kirsan İlyumjinov növbəti dörd il müddətinə FİDE-nin prezidenti seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB