Xızıda velosiped idmanının cüt və qrup ötüşmələri üzrə Azərbaycan çempionatına start verilib. SİA-nın məlumatına görə, velosiped idmanının şose növü üzrə keçirilən yarışda Azərbaycan Velosiped İdmanı Federasiyasının nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin müxtəlif yaş qrupları üzrə 70-dən artıq idmançısı mübarizə aparır.
Ölkə çempionatının iştirakçıları arasında Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku"nun 4 üzvü - Aqşin İsmayılov, Samir Cəbrayılov, Məhəmməd Ələkbərov və Maksim Averin də iştirak edir. Yeri gəlmişkən, Azərbaycan velosiped məktəbinin layiqli yetirməsi, 1978-ci il dünya veloyürüşünün qalibi, 6 qat SSRİ çempionu Aleksandr Averinin oğlu Maksim Averin bu ildən etibarən Azərbaycan yığma komandasının şərəfini qoruyur və o, debüt etdiyi ölkə çempionatında çempionluq sevinci yaşayıb.
Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin təmsilçisi Elvin Nağıyevlə tandem təşkil edən Maksim Averin Elit və U-23 yaş qrupunda 40 km məsafəni hamıdan tez başa vurmaqla ən yüksək göstəriciyə imza atıb - 1 saat, 24 saniyə. 2-ci yeri tutan Samir Cəbrayılov - Məhəmməd Ələkbərov dueti çempion cütlüyə 1 dəqiqə, 4 saniyə uduzub.
Ölkə çempionatının 2-ci günündə qrup ötüşmələri üzrə qaliblər məlum olacaq.
|
Elit/U23 (40 km) |
|
||||||||||
|
|
|
|
|
|
|
|
|
||||
|
1 |
NAĞIYEV |
Elvin |
OEQİUGVM |
1:00:24 |
|
||||||
|
AVERİN |
Maksim |
BCP |
|
||||||||
|
2 |
CƏBRAYILOV |
Samir |
BCP/NEFTÇİ |
1:01:28 |
|
||||||
|
ƏLƏKBƏROV |
Məhəmməd |
BCP/LOKOMOTİV |
|
||||||||
|
3 |
QASIMOV |
Elçin |
OEQİUGVM |
1:05:22 |
|
||||||
|
İLTİFATLI |
Ayxan |
OEQİUGVM |
|
||||||||
|
GƏNCLƏR (25 km) |
|
||||||||||
|
|
|
|
|
|
|
|
|
||||
|
1 |
ƏLİZADƏ |
Elgün |
8OEQİUGM |
0:38:44 |
|
||||||
|
QƏHRƏMANLI |
Kənan |
8OEQİUGM |
|
||||||||
|
2 |
QARAYEV |
Nicat |
8OEQİUGM |
0:40:17 |
|
||||||
|
NİFTƏLİYEV |
Nicat |
8OEQİUGM |
|
||||||||
|
3 |
MƏMMƏDOV |
Tərlan |
OEQİUGVM |
0:44:31 |
|
||||||
|
ABUŞOV |
Vüsal |
OEQİUGVM |
|
||||||||
|
U17 (15 km) |
|
||||||||||
|
|
|
|
|
|
|
|
|
||||
|
1 |
NAPERSTKOV |
Maksim |
8OEQİUGM |
0:23:21 |
|
||||||
|
SƏFƏRLİ |
Mikayıl |
8OEQİUGM |
|
||||||||
|
2 |
ORUCZADƏ |
Nicat |
8OEQİUGM |
0:23:53 |
|
||||||
|
ŞİRƏLİYEV |
Kərim |
LOKOMOTİV |
|
||||||||
|
3 |
RƏHİMOV |
Şamil |
OEQİUGVM |
0:26:10 |
|
||||||
|
MƏMMƏDLİ |
Nicat |
OEQİUGVM |
|
||||||||
|
U15 (10 km ) |
|
||||||||||
|
|
|
|
|
|
|
|
|
||||
|
1 |
İSGƏNDƏROV |
Xankişi |
8OEQİUGM |
0:17:23 |
|
||||||
|
XIDIROV |
Ravil |
8OEQİUGM |
|
||||||||
|
2 |
ORLOV |
İvan |
OEQİUGVM |
0:18:32 |
|
||||||
|
MUSTAFAYEV |
Qadir |
OEQİUGVM |
|
||||||||
|
3 |
ƏLİİSGƏNDƏROV |
Ülfan |
OEQİUGVM |
0:19:29 |
|
||||||
|
HƏSƏNOV |
Maqsud |
OEQİUGVM |
|
||||||||
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB