Ukraynanın Lvov şəhərində velosiped idmanının trek növü üzrə "Galichyna-2014" Qran-pri yarışlarına yekun vurulub. Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci dərəcəli yarışında Azərbaycan yığma komandasının iki üzvü - Sergey Omelçenko və Yelena Pavluxina mübarizə aparıblar.
Dörd gün davam edən yarışda idmançılarımız 3 qızıl və 1 bürünc medal qazanıblar. Yarışın birinci günündə qadınlar arasında 10 kilometr məsafəyə skretç yarışında bürünc medal qazanan Yelena Pavluxina növbəti gün xalla qrup ötüşməsində hamını qabaqlayıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, həmçinin 6 mərhələdən ibarət omnium yarışlarında 5-ci yeri tutub.
Sergey Omelçenko isə 200 metr məsafəyə sprint və keyrin yarışlarında qalib gələrək komandamıza iki qızıl medal qazandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB