Norveçin Tromse şəhərində 41-ci Dünya Şahmat Olimpiadası davam edir. Olimpiadanın 7-ci turunda Azərbaycanın kişilərdən və qadınlardan ibarət yığma komandaları inamlı qələbələr qazanıb. Ölkəmizin kişilərdən ibarət yığma komandası 7-ci turda 2,5:1,5 hesabı ilə Kuba yığmasına, qadın şahmatçılarımız isə eyni hesabla İtaliya kollektivinə qalib gəlib.
Olimpiadanın 8-ci turunda komandalarımız məğlubiyyətlə üzləşiblər. Belə ki, kişilərdən ibarət yığmamız Çin komandasına 1:3, qadınlarımız isə Rumuniya yığmasına 1,5:2,5 hesabı ilə məğlub olublar.
Kişilərin yarışlarında 8 turdan sonra 14 komanda xalı toplamış Çin yığması liderdir. Azərbaycan, Fransa, Ukrayna, Çexiya və Rumuniya komandaları liderdən 1 xal geri qalırlar.
Qadınların yarışlarında isə 8 turdan sonra 16 xalla Rusiya birinci, aktivinə 14 komanda xalı toplamış Çin isə ikinci yerdədir. Azərbaycan komandası isə 10 xalla 31-ci pillədədir.
Doqquzuncu turda kişi şahmatçılarımız Rumıniya, qadın idmançılarımız isə Braziliya komandaları ilə qarşılaşacaqlar.
Dünya Şahmat Olimpiadasında 177 kişi və 136 qadın komandası çıxış edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB