“Arsenal” İngiltərə Superkubokunun sahibi oldu

“Arsenal” İngiltərə Superkubokunun sahibi oldu

İngiltərə Superkuboku uğrunda matçda Premyer-Liqanın keçənilki qalibi "Mançester Siti" və ölkə kubokunun sahibi "Arsenal" qarşılaşıblar. Əvvəlcə (21-ci dəqiqədə) Santi Kasorla "şəhərlilərin" qapısını fəth edib. Fasiləyə yaxın (42-ci dəqiqədə) Aaron Remsi "topçular"ın üstünlüyünü ikiqat artırıb. Görüşün ikinci hissəsində (61-ci dəqiqədə) Olivye Jirunun vurduğu gözəl qoldan sonra bu görüşdə kimin qalib gələcəyi barədə bütün suallar aradan qalxıb.

Jiru vurduğu qolu şərh edərək deyib: "Düzdür, bir qədər bəxtim gətirdi, lakin mən nə etməli idimsə onu etdim və qol vurdum. Mövsümqabağı hazırlığa bir neçə həftə əvvəl başlamışıq. Meydanda nail olduğumuz qarşılıqlı anlaşmanı xüsusi qeyd etmək istəyirəm. Bu sözlər komandamızın yeni oyunçularına daha çox aiddir. Zənnimcə, bu mövsümdə biz daha güclü olacağıq. Komandamız get-gedə təkmilləşir".

"Arsenal" artıq 13-cü dəfə bu fəxri mükafatın sahibi olur. Londonlular sonuncu dəfə 2004-cü ildə mövsümə oxşar qələbə ilə başlayıblar. O vaxt klub "Mançester-Yunayted"ə 3:1 hesabı ilə qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə