“Yay məktəbi”nin iştirakçıları Veloparkda

“Yay məktəbi”nin iştirakçıları Veloparkda

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) 2010-cu ildən həyata keçirdiyi və gənclər arasında xüsusi maraq doğuran "SOCAR Yay Məktəbi-2014"ün növbəti günü çərçivəsində iştirakçılar Veloparkda velosiped yarışında güclərini sınayıblar. SİA-nın məlumatına görə, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) dəstəyi ilə təşkil edilən yarışda 7 komanda iştirak edib.

Reqlamentə görə, hər komandadan 2 iştirakçı seçilib və onlar estafet yarışında mübarizə aparıblar. Uzunluğu 1200 metrdən ibarət marşrutu hamıdan tez Süleyman Sadıqov və Mahir Həşimovdan ibarət duet qət edib - 4 dəqiqə, 27 saniyə.

İlk üçlükdə qərarlaşan komandalar AzVİF tərəfindən xatirə hədiyyələri ilə təltif ediliblər. Bundan başqa, çempionlara federasiyanın xüsusi "SOCAR" köynəkləri də hədiyyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə