Qurban Qurbanov: "Superkubokun təxirə salınmasını istəyərdim"

Qurban Qurbanov: "Superkubokun təxirə salınmasını istəyərdim"

Topaz Premyer Liqasının ilk turunda "Qarabağ" səfərdə "Sumqayıt"la qarşılaşıb. SİA-nın məlumatına görə, rəqibini 3:0 hesabı ilə məğlub edən Ağdam təmsilçisinin heyətində Reynaldo dubl edib. Oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında fikirlərini bildirib: "Yeni mövsümün başlaması münasibəti ilə hamını təbrik edirəm, bütün komandalara uğurlar arzulayıram. Oyun pis alınmadı. İkinci hissənin ortalarında sürət aşağı düşdü. Amma oyunun ümumi tempi yüksək oldu. Çox sıx oyun qrafikimiz var. 3 gündən bir oyunumuz olduğu üçün bəzi futbolçulara istirahət şansı verdim. İkinci hissədə oyuna daxil olan futbolçular pis təsir bağışlamadılar. Maraqlı oyun alındı, "Sumqayıt"a uğurlar arzulayıram. Superkubokun təxirə salınmasını istəyərdim. Bu, həm bizim üçün, həm də "Neftçi" üçün daha yaxşı olardı. Gərək hər iki komanda razılıq versin. Futbolçular zədələnə bilər. İsti havada daha çox yüklənəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə