"Araz Naxçıvan" klubunun baş məşqçisi Əsgər Abdullayev Premyer Liqamızın ilk turunda "Neftçi" ilə qarşılaşmadan (3:0) sonra keçirilən mətbuat konfransında görüş haqda fikirlərini bildirib. PFL-in saytına isitnadən yayılan xəbərə görə, təcrübəli mütəxəssis qələbədən sonra komandasında olan çatışmazlıqlardan, azarkeş dəstəyindən danışıb, çempionata rəng qatacaqlarını bildirib:
"İki fərqli hissə oynadıq. Futbolçular ikinci hissədə tapşırıqları daha düzgün yerinə yetirdilər. İlk hissədə cinahlardan istifadə edə bilmədik. Elmin Çobanovun oyuna daxil olmasından sonra isə vəziyyət dəyişdi. Cinahlar güclü olanda komandaya oyununu qurmaq daha asan olur. Cinahsız komanda, qanadsız quş kimidir. Bütün azarkeşlərimizi təbrik edirəm, futbolçularıma minnətdaram. İkinci hissədə tapşırıqları tam yerinə yetirdilər. Azarkeş 12-ci oyunçudur.
Çatışmazlıqlarımız hələ var. Komanda əsasən yerli futbolçulardan təşkil olunub. Çalışırıq ki, əlimizdən gələni edək, azarkeşlərimizi sevindirək. Güclülər dəstəsinə rəng qatmaq istəyirik. KİV-də haqqımda yayılan şaiyələr haqqında danışmaq istəmirəm. Adamın Allahı var. Kimisə ləkələmək ayıbdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB