“Xəzər-Lənkəran” yarımmüdafiəçi Rəşad Sadiqovun keçidini rəsmiləşdirib

“Xəzər-Lənkəran” yarımmüdafiəçi Rəşad Sadiqovun keçidini rəsmiləşdirib

"Xəzər-Lənkəran" futbol klubu yarımmüdafiəçi Rəşad Sadiqovun keçidini rəsmiləşdirib. Klubdan bildiriblər ki, 30 yaşlı futbolçu karyerası ərzində "Şəfa", MOİK, "Qarabağ" komandalarında çıxış edib. Onun son iş yeri isə "Neftçi" kollektivi olub.

"Xəzər-Lənkəran" 2006-cı ildən etibarən Azərbaycan milli komandasının şərəfini qoruyan futbolçu ilə ikiillik müqavilə imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə