“Real” Kərim Benzema ilə müqaviləni uzatdı

“Real” Kərim Benzema ilə müqaviləni uzatdı

Kərim Benzema 2019-cu ilədək "Real Madrid" komandasında qalacaq. Fransalı hücumçu ilə müddəti gələn ilin iyununda başa çatan müqavilə uzadılıb. "Euronews" telekanalı xəbər verir ki, həmin müddətdə futbolçuya ödənilən pul 2 milyon avro artırılaraq ildə 6,5 milyon avro olacaq. 26 yaşlı futbolçu "Real"da 2009-cu ildən oynayır. O, indiyədək komandada 159 oyun keçirib və 72 qol vurub. Ötən mövsümdə UEFA Çempionlar liqasında keçirdiyi oyunlarda isə rəqib qapısını 7 dəfə dəqiq nişan alıb.

Bu yay Benzama bir sıra tanınmış komandalardan dəvət alsa da, "Real"da qalamağa üstünlük verib.

Bütün xəbərlər Facebook səhifəmizdə