Beynəlxalq Güləş Federasiyası (FİLA) avqust ayı üçün qadın güləşçilərin reytinq siyahısını açıqlayıb. Siyahı Bakıda keçirilən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə beynəlxalq "Qızıl Qran-pri" turnirinin final mərhələsində güləşçilərin qazandığı nəticələr əsasında hazırlanıb.
Qadın güləşçilərin reytinq siyahısına 4 güləşçimizin adı daxil edilib.
Siyahıda Mariya Stadnik (1-ci, 48 kq), İrina Netreba (7-ci, 58 kq), Yuliya Ratkeviç (1-ci, 60 kq) və Raqnetta Qurbanzadə (19-cu, 69 kq) yer alıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB