“Simurq” komandası serbiyalı futbolçu ilə müqavilə imzalayıb

“Simurq” komandası serbiyalı futbolçu ilə müqavilə imzalayıb

Zaqatalanın "Simurq" futbol komandası heyətini gücləndirməkdə davam edir. Klubdan bildiriblər ki, "Simurq" serbiyalı yarımmüdafiəçi Marko Stanoyeviç ilə rəsmi müqavilə bağlayıb.

Moldovanın "Şerif" klubundan icarə əsasında transfer olunan 26 yaşlı futbolçu "Simurq"un Avstriyada keçirilmiş təlim-məşq toplanışında da iştirak edib. Məşqçilər korpusunun rəğbətini qazanan serbiyalı futbolçu mövsümün sonunadək Zaqatala təmsilçisinin şərəfini qoruyacaq. O, "Simurq"un heyətində 88 nömrəli formada çıxış edəcək.

Zaqatala təmsilçisi transfer çalışmalarını davam etdirir. Yaxın günlərdə daha bir neçə futbolçu ilə rəsmi müqavilə imzalanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə