Mövsümə iddialı hazırlaşan "Simurq" heyətinə yeni futbolçu qatıb. SİA-nın məlumatına görə, komanda serbiyalı yarımmüdafiəçi Marko Stanoyeviçlə rəsmi müqavilə bağlayıb. Moldaviyanın "Şerif" klubundan icarə əsasında transfer edilən 26 yaşlı Marko "Simurq"un Avstriya hazırlığında da iştirak etmişdi. Məşqçilər korpusunun rəğbətini qazanan serbiyalı mövsümün sonuna qədər Zaqatala təmsilçisinin şərəfini qoruyacaq. O, "Simurq"un heyətində 88 nömrəli forma ilə mübarizə aparacaq.
Qeyd edək ki, Zaqatala təmsilçisi transfer çalışmalarını davam etdirir. Yaxın günlərdə daha bir neçə futbolçu ilə rəsmi müqavilələr imzalanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB