Azərbaycan milli komandası Avropa Superfinalı yarışlarında iştirak edəcək

Azərbaycan milli komandası Avropa Superfinalı yarışlarında iştirak edəcək

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası avqustun 10-dan 18-dək İspaniyanın Torredembarra şəhərində keçiriləcək Avropa superfinalı yarışlarında iştirak edəcək. SİA-nın məlumatına görə, turnirdə mübarizə aparacaq Azərbaycan millisinin heyəti açıqlanıb.
Heyətdə Zeynal Zeynalov, Orxan Məmmədov, Comərd Baxşəliyev, Əbdül Əliyev, Əli Hüseynov, Elçin Qasımov, Hikmət Bağırov, Vaqif Şirinbəyov, Asif Zeynalov, Amid Nəzərov, Sabir Allahquliyev və Renat Sultanov yer alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə