Klublarımızın rəqibləri kimdir?

Azərbaycan futbol klublarının UEFA Avropa Liqası yarışlarının pley-off mərhələsindəki rəqibləri müəyyənləşib
Klublarımızın rəqibləri kimdir?

Avqustun 8-də İsveçrənin Nyon şəhərində futbol üzrə UEFA Avropa Liqası yarışlarının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Turnirdə mübarizə aparan iki Azərbaycan təmsilçisi - son ölkə çempionu Ağdamın "Qarabağ" və ölkə kubokun qalibi Bakının "Neftçi" komandalarının rəqibləri müəyyənləşib. Püşkün nəticəsinə əsasən, "Qarabağ" Hollandiyanın "Tvente" kollektivi ilə, "Neftçi" isə Serbiyanın "Partizan" komandası ilə qarşılaşacaq.

Pley-off mərhələsinin oyunları avqustun 21-də və 28-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə