Mariya Stadnik və Yuliya Ratkeviç mövqelərini qorudu REYTİNQ SİYAHISI

Mariya Stadnik və Yuliya Ratkeviç mövqelərini qorudu REYTİNQ SİYAHISI

Beynəlxalq Güləş Federasiyası (FİLA) təqvim planı üzrə iyul ayında keçirilən yarışların nəticələrinə əsasən, avqust ayı üçün qadın güləşçilərin reytinq siyahısını açıqlayıb. SİA-nın məlumatına görə, bu dəfəki siyahı Bakıda keçirilən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsində güləşçilərin qazandığı nəticələr əsasında hazırlanıb.

Qadın güləşçilərin reytinq siyahısına 4 güləşçimizin adı daxil edilib.

48 kq
1. Mariya Stadnik (1)

58 kq
7. İrina Netreba (6)

60 kq
1. Yuliya Ratkeviç (1)

69 kq
19. Raqnetta Qurbanzadə (18)


Qeyd: Mötərizədə yazılan rəqəmlər idmançıların ötən ayın reytinq siyahısında tutduqları yeri göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə