Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb. SİA-nın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə qrupa düşmək iddiasında olan 20 komanda rəqibini tanıyıb.
Püşkün nəticəsinə əsasən, III təsnifat mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Zalsburq" "Malmö"yə rəqib olub.
Azərbaycanlı fanatların azarkeşlik etdiyi "Beşiktaş"ın isə bəxti gətirməyib. İstanbul təmsilçisi Çempionlar Liqasında çıxışını davam etdirmək üçün "Arsenal"a qalib gəlməlidir.
Pley-off mərhələsi
"Maribor" (Slovaniya) - "Seltik" (Şotlandiya)
"Zalsburq" (Avstriya) - "Malmö" (İsveç)
"Olborq" (Danimarka) - APOEL (Kipr)
"Styaua" (Rumıniya) - "Ludoqorets" (Bolqarıstan)
"Slovan" (Slovakiya) - BATE (Belarus)
"Beşiktaş" (Türkiyə) - "Arsenal" (İngiltərə)*
"Standard" (Belçika) - "Zenit" (Rusiya)
"Kopenhagen" (Danimarka) - "Bayer" (Almaniya)*
"Lill" (Fransa) - "Porto" (Portuqaliya)
"Napoli" (İtaliya) - "Atletik" (İspaniya)
Qeyd edək ki, ilk oyunlar avqustun 19-da və ya 20-də, cavab görüşləri isə 1 həftə sonra baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB