Böyükağa Hacıyev: "Ölkəmizdə çalışan gürcü mütəxəssislər də mənimlə bacarmırlar"

Böyükağa Hacıyev: "Ölkəmizdə çalışan gürcü mütəxəssislər də mənimlə bacarmırlar"

"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev "Çixura" ilə oyundan sonra mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, konfransda gürcü jurnalistin "Bu gün Afrika - gürcü şousu oldu. Sizə təşəkkür edirik" sözündən sonra bunları deyib: "Bir şeyi unutma. Siz çox cavansınız. İmkanımız var, istədiyimiz futbolçuları alırıq. Sizin imkanınız olsa, siz də alarsınız. Futbolçularımız ələ düşən imkanlardan yararlansaydılar, hesab 4-2, 5-2 ola bilərdi. Artıq ikinci dəfədir Gürcüstan klubunu mübarizədən kənarlaşdırırıq. Azərbaycanlı jurnalistlər də şahiddirlər ki, ölkəmizdə çalışan gürcü mütəxəssislər də mənimlə bacarmırlar".

Nəzərinizə çatdıraq ki, klub təyyarəyə geçikdiyi üçün Böyükağa Hacıyev mətbuat konfransını tez tərk edib.

Bütün xəbərlər Facebook səhifəmizdə