Xorvatiyanın paytaxtı Zaqrebdə gənclər arasında güləş üzrə dünya çempionatı davam edir. Çempionatın üçüncü günündə 44, 51, 59 və 67 kiloqram çəki dərəcələrində gənc qızlar mübarizəyə qoşulublar.
Güləşçilərimiz 3 çəki dərəcəsində təmsil olunacaqlar. Milli komandamızın üzvü Türkan Nəsirova (44 kq) ekvadorlu Cedeno Jahaira, Almaz İsmayılova (51 kq) rumıniyalı Simona Pricob, Raqnetta Qurbanzadə (67 kq) isə yaponiyalı Masako Furuiçi ilə qarşılaşcaqlar.
Çempionatın ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparıblar. Güləşçilərimiz ümumilikdə 5 qızıl və 1 gümüş medal qazanmaqla Azərbaycan güləş tarixində yeni səhifə yazıb. Ümumilikdə, 59 xal toplayan yığmamız komanda hesabında dünya birincisi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB