Milli Gimnastika Arenasında idman gimnastikası, akrobatika və tamblinq üzrə birgə yarış davam edir. Bakı Gimnastika Məktəbini, Respublika Olimpiya İdman Liseyini, Nizami Rayon İdman Məktəbini və "Neftçi" Cəmiyyətini təmsil edən 80 idmançının qatıldığı turnirin ikinci günündə akrobatlar və tamblinqçilər arasında qaliblər müəyyənləşəcək.
Azərbaycan Gimnastika Federasiyası tərəfindən bu dəfə də birgə yarışlara beynəlxalq dərəcəli hakimlər - Beynəlxalq Gimnastika Federasiyasının Texniki Komitəsinin üzvü Arturs Mitskevitçs (Latviya), Avropa Gimnastika İttifaqının Texniki Komitəsinin üzvləri Mario Vukoya (Xorvatiya) və Dmitriy Andreyev (Rusiya), həmçinin Gürcüstan Milli Gimnastika Federasiyasının vitse-prezidenti Besarion Qamsaxurdiya, Qazaxıstan Gimnastika Məktəbinin baş məşqçisi Aleksandr Kim və Belarus Milli Gimnastika Federasiyasının baş katibi Andrey Fedorov dəvət olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB