V "Baku Open" beynəlxalq karate turnirinə hazırlıqla bağlı iclas keçirilib
Paytaxtımızda V "Baku Open" beynəlxalq karate turnirinə hazırlıqla bağlı iclas keçirilib. SİA-nın məlumatına görə, yığıncaqda Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov, federasiyanın birinci vitse-prezident İlham Qasımzadə, vitse-prezident Yusif Məmmədov, baş katib Mir-Cabbar Seyidov, məşqçilər komitəsinin sədri Rəhman Hətəmov, hakimlər komitəsinin sədri Cahangir Babayev, həmçinin digər məşqçi və katibliyin işçiləri iştirak ediblər. Bildirilib ki, bu turnirə maraq ilbəil artır, yarışın reytinqi getdikcə yüksəlir.
İclasda qarşıdakı məsul yarışın təşkilat komitəsi yaradılıb. Yarışı yüksək səviyyədə keçirmək üçün təşkilat komitəsinin üzvlərinə müvafiq tapşırıqlar verilib. Artıq 10-dək ölkə ənənəvi yarışda iştirak etmək istəyini rəsmi bildirib.
V "Baku Open" beynəlxalq karate turniri AMKF-nin 20 illik yubileyinə həsr edilcək.
Qeyd edək ki, turnir sentyabrın 12-13-də təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB