Şahmatçılarımız Olimpiadada növbəti qələbə qazanıb

Şahmatçılarımız Olimpiadada növbəti qələbə qazanıb

Norveçin Tromse şəhərində Dünya Şahmat Olimpiadası davam edir. Dördüncü turda ölkəmizin kişilərdən ibarət yığma komandası fransalı rəqibləri üzərində qələbə qazanıb. Bu turda Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov və Eltac Səfərlidən ibarət heyətlə çıxış edən komandamız 2,5:1,5 hesabı ilə qalib gəlib.

Azərbaycan, Bolqarıstan və Serbiya komandaları hərəsi 4 turda 4 qələbə qazanaraq 8 komanda xalı toplayıb. 14 komanda liderlərdən bir xal geri qalır.

Azərbaycanın qadınlardan ibarət yığma komandası çinli rəqiblərinə 1:3 hesabı ilə uduzublar. 5 ölkəni – Çin, İndoneziya, Macarıstan, Rusiya və İranı təmsil edən şahmatçılar 4 turda 4 qələbə qazanıblar.

Şahmat Olimpiadası avqustun 14-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə