Dörd güləşçimiz dünya çempionatının ilk günündə xalça üzərinə çıxacaq
Çempionatda 50 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz İbrahim Nurullayev ermənistanlı Slavik Qalstyana, Koreya Respublikasından olan idmançı Kim Juhyeona, qazaxıstanlı Kanaqat Akilbekə qalib gələrək finala yüksəlib. Həlledici görüşdə İbrahim Nurullayev Ukrayna təmsilçisi Aleksey Jabskiy ilə qarşılaşacaq.
Elman Muxtarov (60 kq) da finaladək inamla irəliləyib. Güləşçimiz qırğızıstanlı Kali Sulaymanovu, belarus Yahor Beliakı, finlandiyalı Lauri Mahoneni və fransalı Yacin Ozayı məğlub edərək finala adlayıb. Qızıl medal uğrunda güləşçimiz Ermənistan idmançısı Karen Aslayan ilə üz-üzə gələcək.
Orxan Nuriyev (96 kq) mübarizəyə Çin təmsilçisi Abudurexiti Alimujiang üzərində qələbə ilə başlayıb. Aleksandr Kroczakı (Polşa), Yevgeni Gançevi (Bolqarıstan) və Feliks Baldaufdu (Norveç) üstələyən güləşçimiz finalda Koreya Respublikasından olan idmançı Kim Seungjun ilə qarşılaşacaq.
11:08
Avqustun 5-də Xorvatiyanın paytaxtı Zaqrebdə gənclər arasında güləş üzrə dünya çempionatı start götürüb. Çempionatın ilk günündə 50, 60, 74 və 96 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulur.
Mundialın ilk günündə Azərbaycanın dörd güləşçisi xalça üzərinə çıxacaq. Güləşçilərimizdən İbrahim Nurullayev (50 kq) ermənistanlı Slavik Qalstyan, Elman Muxtarov (60 kq) qırğızıstanlı Kali Sulaymanov, Sənan Əlimirzəyev (74 kq) gürcüstanlı Gela Bolkvadze, Orxan Nuriyev (96 kq) isə çinli Abudurexiti Alimujianq ilə qarşılaşacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB