Ramal Hüseynov: "Əmr verilsə, Dağlıq Qarabağı düşməndən azad etmək üçün son nəfəsimizə qədər döyüşəcəyik" AÇIQLAMA

Ramal Hüseynov: "Əmr verilsə, Dağlıq Qarabağı düşməndən azad etmək üçün son nəfəsimizə qədər döyüşəcəyik" AÇIQLAMA

"Dağlıq Qarabağda ermənilərin hər gün atəşkəsi pozmasını, Vətən uğrunda döyüşən hərbçilərimizin şəhid olmasını mediadan oxuduq və çox üzüldük". Bu sözləri SİA-ya açıqlamasında "Araz Naxçıvan" klubunun futbolçusu Ramal Hüseynov deyib. O, şəhidlərin ölmədiyini, xalqımızın onların xatirəsini daima yaşadacağını qeyd edib: "Bütün şəhidlərimizin ailələrinə başsağlığı verirəm. Bizim güclü ordumuz var. Hərbçilərimiz düşmənə layiqli cavab verirlər. Ali Baş Komandanın əmrini gözləyirik. Əmr verilsə, canımız bahasına da olsa, Dağlıq Qarabağı düşməndən azad etmək üçün son nəfəsimizə qədər döyüşəcəyik. Biz canımız var, lazım olsa, Vətən üçün canımızı verməyə borcluyuq. Canımız Vətənə qurban olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə