Fuad Zeynalov: “Biz sizinləyik, Ali Baş Komandan!” AÇIQLAMA

"Cəbhədə gedən döyüşlərdə şəhid olan qardaşlarımız əbədi olaraq qəlbimizdə yaşayacaqlar". Bu sözləri SİA-ya açıqlamasında kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu olmuş Fuad Zeynalov deyib. O, hər zaman Vətən uğrunda döyüşlərə qatılmağa hazır olduğunu qeyd edib: "Azərbaycan zabiti, Sərhəd Qoşunlarının kapitanı kimi hər an Vətənimizi yağı düşməndən azad etmək üçün döyüşməyə hazıram. Mən bu barədə müraciət də etmişəm. Ali Baş Komandan əmr versə, bütün Azərbaycan idmançıları ön sıralarda düşmənə qarşı döyüşməyə hazırdır. Biz Ali Baş Komandanımıza, ordumuza, xalqımıza inanırıq, cənab Prezidentin ətrafında sıx birləşmişik. Əminəm ki, əmr veriləcəyi təqdirdə, minlərlə Azərbaycan oğulları da bizim kimi, Vətən uğrunda döyüşə yollanacaqlar. Biz düşmənə gücümüzü göstərməyə hazırıq. Ali Baş Komandan, gənclərimiz, idmançılarımız adından bildirmək istəyirəm ki, biz sizinləyik.

Ölkə rəhbərliyinin yürütdüyü siyasət açıq-aydın göstərir ki, düşmən tapdağı altında qalan ərazilərimizi sülh yolu ilə alınmasa, müharibə yolu ilə azad edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə