Böyük qələbələrə gedən yol... FOTOLAR

Böyük qələbələrə gedən yol... FOTOLAR

Uşaqlar bizim gələcəyimizdir. Onların fiziki və mənəvi sağlamlığı, idmanla məşğul olması olduqca vacib şərtlərdəndir. Uşaqlara diqqət göstərmək, onların nailiyyətlərini üzə çıxarmaq isə həm valideyinlərin , həm də cəmiyyətin borcudur. Uşaqlara dövlətimiz tərəfindən daim diqqət və qayğı göstərilir. Bu qayğı onları gələcəyə səsləyir, uşaqlarda sabaha böyük həvəs yaradır. Hər birimiz gələcəyimiz olan uşaqlara, yeniyetmə və gənclərə qayğı ilə yanaşmalı ,onların sağlam həyat tərzində yaşaması üçün əlimizdən gələni əsirgəməməliyik.

Ölkəmizdə bacarıqlı, istedadlı uşaqlar olduqca çoxdur. Onlar idman, təhsil, mədəniyyət sahəsində öz barıqlarını nümayiş edir, gələcəyin layiqli vətəndaşı kimi böyüyürlər.

Belə uşaqlardan biri də 11 yaşlı Hüseyn Əkbərovdur. Hüseyn gələcəkdə yaxşı idmançı olmaq arzusundadır. O, bir neçə ildir ki, karete idman növü ilə məşğul olur. "Araz" idman klubunda idmanın sirlərinə öyrənən balaca idmançı yaşıdları arasında seçilir. Ölkədaxili yarışlarda Hüseyn uğurlar əldə edib, mükafatalayiq yerlər qazanıb. Onu da deyək ki, balaça idmançı gələcəkdə peşəkar idmançı olmaq arzusundadır. Onun idmana olan həvəsi olduqca böyükdür. Hüseynə idmana olan həvəsi atası, idmançı Tale Əkbərov aşılayıb. Hüseyn təkcə idmana deyil, məktəbdə dərslərinə də məsuliyyətlə yanaşır. Yaşıdları arasında səliqə-sahmanı, məsuliyyətli , nümunəvi şagird olması ilə seçilir. Hüseyn idman yarışlarına baxmağı, ailə üzvləri ilə yarışlara tamaşa etməyi sevir. Onu da deyək ki, balaca idmançı həm də dinimizə böyük məhəbbətlə bağlıdır.

Danılmaz faktdır ki, övladlar valideynlərinin xüsusiyyətlərini daşıyırlar. Hüseynin idmana olan həvəsi, gələcəkdə peşəkar idmançı olmaq istəyi təsadüfü deyil. Atası, karete-do federasiyasının vitse-prezidenti, əməkdar məşqçi Tale Əkbərov Hüseynin idmanla məşğul olmasında böyük rol oynayıb. "Bəzi valideyinlər övladlarının idmanla məşğul olmasını istəmirlər. Bizim evdə isə idmana, idmançıya hər zaman böyük hörmət olub. Ailəmizdə hamı idmanı sevir. Hüseyn kimi, bacım oğlu Seymur Dadaşov da idmanla məşğul olur. O, məşqlərə böyük həvəslə gedir . Onu da deyim ki, idmanla məşğul olmaq çox faydalıdır. Bu uşaqlar üçün daha çox lazımdır. Mən istəyərdim ki, övladım hansı sahədə özünü tapsa, o sənətlə də məşğul olsun",- deyə əməkdar məşqçi bildirdi. O, uşaqların gümrah və sağlam ruhda böyüməsində valideynlərin də rolu olduğunu dedi. Qeyd edək ki, Tale Əkbərov 2011-ci ildən Karete-do Federasiyasının vitse-prezidentidir. Federasiyanın fəaliyyətini, idmançıların idmana olan marağını yüksək qiymətləndirən vitse-prezident uşaqların karete idman növünə böyük maraq göstərdiklərini bildirdi. Federasiyanın idmançıları dünya, Avropa cempionatlarında layiqli yerlər tuturlar. Onların nailiyyətləri ildən-ilə artmaqdadır.

Arzu edirik ki, Hüseyn Əkbərov, Seymur Dadaşov gələcəkdə peşəkar idmançı olsunlar və ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil etsinlər. İnanırıq ki, idmana maraq göstərən, gələcəyimiz olan bacarıqlı uşaqlar, yeniyetmə və gənclər beynəlxalq arenalarda Azərbaycanın bayrağını dalğalandıracaq, himnimizi səsləndirəcəklər.

Jalə

Bütün xəbərlər Facebook səhifəmizdə