Dünya Şahmat Olimpiadasında idmançılarımızın növbəti rəqibləri bəlli oldu
Avqustun 2-dən 14-dək Norveçin Tromse şəhərində Dünya Şahmat Olimpiadası keçirilir. İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq Olimpiadada kişilərdən ibarət 178, qadınlardan ibarət 139 milli komanda (hər komandada 4 oyunçu olmaqla) turnirlərdə çıxış iştirak edir.
AzərTAc xəbər verir ki, bu gün Dünya Şahmat Olimpiadasında üçüncü turun oyunları keçiriləcəkdir. Azərbaycanın kişilərdən ibarət yığması Xorvatiya komandası ilə qarşılaşacaq. Bu turda aşağıdakı cütlüklər görüşəcəklər: Şəhriyar Məmmədyarov – İvan Sariç, Teymur Rəcəbov – Xrvoye Steviç, Eltac Səfərli – Mladen Palats, Qədir Hüseynov – Zdenko Kozul.
Azərbaycanın qadınlardan ibarət milli komandasının rəqibləri İsveçrə nümayəndələri olacaq. Burada aşağıdakı cütlüklər qarşılaşacaq: Zeynəb Məmmədyarova –Monika Seps, Gülnar Məmmədova –Barbara Xand, Xəyalə Abdulla – Qundula Qeynats, Səbinə İbrahimova – Kamilla De Sero.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB