Ələkbər Məmmədov torpağa tapşırıldı

Ələkbər Məmmədov torpağa tapşırıldı

Bu gün Azərbaycanın veteran futbolçusu Ələkbər Məmmədovla vida mərasimi keçirilib. SİA-nın xəbərinə görə, veteran futbolçu son mənzilə yola salınıb. Vida mərasimi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında keçirilib.

Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, futbol klubları təmsilçiləri, sabiq futbolçular və digərləri iştirak ediblər.

Ələkbər Məmmədov II Fəxri Xiyabanda torpağa tapşırılıb.

Allah rəhmət etsin!

Bütün xəbərlər Facebook səhifəmizdə