Millimiz dünya çempionatına hazırlıqlara start verdi

Millimiz dünya çempionatına hazırlıqlara start verdi

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi dünya çempionatı öncəsi hazırlıqlara start verib. SİA-nın məlumatına görə, komandamızın toplanışı dünən baş tutub.

Faiq Qarayevin yetirmələri avqustun 5-də Sloveniyaya yola düşəcəklər. Hazırlıqları bu ölkədə davam etdirəcək yığmamızın bir neçə yoldaşlıq oyunları keçirəcəyi gözlənilir. Voleybolçularımızın Sloveniya təlim-məşq toplanışının iki həftə davam edəcəyi ehtimal olunur.

Qeyd edək ki, millimiz mundialda D qrupunda mübarizə aparacaq. Rəqiblərimiz Yaponiya, Çin, Puerto-Riko, Belçika və Kuba yığmalarıdır.

Dünya çempionatı sentyabrın 23-dən oktyabrın 12-dək İtaliyada keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə