Millimiz Xorvatiyaya qalib gəldi

Avstriyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. SİA-nın AFFA-nın saytına istinadən verdiyi xəbərə görə, Xorvatiyanın U-19 yığması ilə qarşılaşan millimiz 1:0 hesabı ilə qələbə qazanıb. Komandamızın qolunu Fəhmin Muradbəyli vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə