"Qalatasaray"ın bu gün səhər saatlarında planlaşdırılan məşqindən əvvəl faciə yaşanıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, "Florya Metin Oktay" bazasının qarşısında "Sabah" qəzetinin müxbiri Erkan Koyuncunu avtomobil vurub. Yüksək sürətlə hərəkət edən avtomobilin vurduğu 37 yaşlı jurnalist bazanın qapısına çırpılıb. O, başından aldığı ağır xəsarətdən Bakırköy xəstəxanasında keçinib.
Hadisədən sonra "Qalatasaray" klubunun rəhbərliyi, futbolçuları, Türkiyə idman ictimaiyyətinin nümayəndələri jurnalistin ölümündən kədərləndiklərini bildiriblər. Ailəsinə başsağlığı veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB