“Real” Rodrigesin futbol köynəyindən 50 milyon avro qazanıb

“Real” Rodrigesin futbol köynəyindən 50 milyon avro qazanıb

Madridin "Real" komandasının kolumbiyalı hücumçusu Xames Rodrigesin futbol köynəklərinin mağazalara çıxarıldığı həftə yarım ərzində 502 min alıcısı olub. Bu haqda Kolumbiya KİV-ləri Euromarketing Sport kompaniyasının hesabatına əsasən məlumat yayıb. Kompaniya bildirir ki, bu, futbol atributlarının satışı tarixində 10 gündən də az müddətdə əldə olunmuş ən yüksək göstəricidir. 2013-cü ildə "Real"ın ümumiyyətlə 1,45 milyon ədəd futbol köynəyi satılmışdı ki, bunun 1 milyonu Kriştiano Ronaldunun payına düşür. Rodrigesin hər biri 101 dollardan satılan futbol köynəkləri isə kluba artıq 50 milyon avrodan çox qazanc gətirib.

"Real" Xames Rodrigeslə müqaviləni 2014-cü ilin iyulunda bağlayıb. Altı illik müqaviləyə əsasən Kolumbiya yığmasının oyunçusu hər il 7 milyon avro alacaq. Qeyri-rəsmi məlumatlara görə, kral klubu bu transfer üçün futbolçunun əvvəlki klubu "Monako"ya 80 milyon avro ödəyib.

Braziliyada keçirilən dünya çempionatında Rodriges turnirin ən çox qol vuran oyunçularından biri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə