"Xəzər Lənkəran"ın 2014/2015-ci il futbol mövsümü üçün abunə kartları artıq satışa çıxarılıb. SİA-nın məlumatına görə, mövsümlük abunə kartları 3 növdədir:
Standart kart – 40 AZN
- stadiona VİP girişdən daxil olmaq;
- 2014/2015-ci il futbol mövsümü üçün tribunalarda müəyyən edilmiş oturacaqlardan istifadə etmək.
Gümüş kart – 140 AZN
- stadiona VİP-girişdən daxil olmaq;
- 2014/2015-ci il futbol mövümü üçün VİP-B tribunasında oturacaq;
- fan-şopda endirim.
Qızıl kart - 200 AZN
- stadionun ərazisində avtomobil dayanacağından istifadə etmək;
- stadiona VİP-girişdən daxil olmaq;
- 2014/2015-ci il futbol mövsümü üçün VİP-A tribunasında oturacaq;
- klubun rəsmi tədbirlərində iştirak etmək hüququ;
- fan-şopda endirim.
Satış məntəqəsi: "Xəzər Lənkəran" Mərkəzi Stadionu
Qeyd edək ki, abunə kartları əldə etmək üçün stadionda yerləşən satış mərkəzinə şəxsiyyət vəsiqəsinin surəti ilə yaxınlaşmalı olan şəxslər mövsümlük kirayələcəyi oturacağı da qeyd etdirməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB