Hərbçilərimiz qarşısında aciz qalan ermənilər PFL-in saytına hücum ediblər

Hərbçilərimiz qarşısında aciz qalan ermənilər PFL-in saytına hücum ediblər

Son günlər cəbhə xəttində Ermənistanın atəşkəsi pozması nəticəsində baş verən atışmada düşmən xeyli sayda itki verib. Bu məlumatı gizlədən ermənilər yalnız iki hərbçisinin öldüyünü açıqlayıb.

Cəbhədə hərbçilərimiz qarşısında aciz olan ermənilər Azərbaycanın Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına hücum ediblər. Erməni hakerlər yalnız saytın ana səhifəsinin şəklini dəyişməyə müvəffəq olublar. Belə ki, saytın ana səhifəsinə atışma zamanı ölən iki erməni hərbçisinin şəkli yerləşdirilib.

Bununla bağlı PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev SİA-ya açıqlama verib. Onun sözlərinə görə, sayta dünən saat 22:00 radələrində hücum olub: "Saytın bazasında heç bir problem yoxdur. Sadəcə olaraq ana səhifənin şəklini dəyişdirə biliblər. İkinci dəfədir ki, PFL-in rəsmi saytına ermənilər tərəfindən hücum olur. Bununla bağlı bu gün saat 12:00-da saytı hazırlayan və nəzarətdə saxlayan şirkətin nümayəndələri ilə iclas keçirəcəyik. Onların hesabat verməsini gözləyirik. Hücum nəticəsində olunan dəyişiklik aradan qaldırılıb. İclasdan sonra sayt fəaliyyətini bərpa edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə