Futbol üzrə UEFA Avropa Liqası yarışlarının üçüncü təsnifat mərhələsi çərçivəsində Bakının "Neftçi" komandası ilk oyununa çıxıb. "Neftçi" "Bakcell Arena"da Gürcüstanın "Çixura" komandası ilə qarşılaşır.
"Neftçi"nin heyətində meydana Saşa Stemankoviç, Karlos Kardosa, Elvin Yuniszadə, Brunu Bertuççi, Araz Abdullayev, Flaviniyo, Julius Vobay, Kaue, Erik Ramos, Mirhüseyn Seyidov və Ernest Nfro çıxıb.
"Çixura"nın ilk on birliyində Maksik Kvilitiya, Qiorqi Kimadze, Şota Kaşiya, Qiorqi Cambul Ciquari, Qiorqi Koripadze, Qiorqi Datunayşvili, David Odikadze, Qioqi Qabedava, Laşa Kutsuxidza, və Besik Dekonadze yer alıb.
Görüşün baş hakimi rumıniyalı Kristan Balajdır. Ona həmyerliləri Sebastian Gheorghe, Ovidiu Artene və Katalin Sorin Popa kömək edilər.
Birinci hissədən sonra hesab açılmayıb.
İkinci hissədə də tərəflər qol vurmağa çalışsalar da oyun heç-heçə başa çatıb - 0:0.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB