UEFA “Qarabağ”-ın parlaq qələbəsini yüksək qiymətləndirib

UEFA “Qarabağ”-ın parlaq qələbəsini yüksək qiymətləndirib

UEFA-nın rəsmi saytında Ağdamın "Qarabağ" futbol komandasının Çempionlar Liqası yarışlarının üçüncü təsnifat mərhələsi çərçivəsində Avstriyanın "Zalsburq" klubuna ilk oyunda qalib gəlməsi ilə bağlı yazı yerləşdirilib. Yazıda Ağdam təmsilçisinin tarixi barədə məlumat verilib. Məqalədə "Qafqazın Barselona"sı adlandırılan "Qarabağ" komandasının UEFA-nın bayrağı altında keçirdiyi oyunlardan bəhs olunub.

UEFA "Qarabağ"ın Çempionlar Liqası yarışlarının ikinci təsnifat mərhələsində Maltanın "Valetta" komandası üzərində qazandığı qələbəyə və futbolçuların inamlı oyununa xüsusi yer ayırıb. Yazıda, həmçinin klubun baş məşqçisi Qurban Qurbanovun fəaliyyəti haqqında məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə