“Cümhuriyyət” qəzeti “Qarabağ” klubunun qələbəsini geniş işıqlandırıb
Ağdamın "Qarabağ" futbol komandasının UEFA Çempionlar Liqası yarışlarının üçüncü təsnifat mərhələsi çərçivəsində Avstriyanın "Zalsburq" klubuna ilk oyunda qalib gəlməsi dünya mətbuatının diqqət mərkəzindədir. SİA-nın məlumatına görə, Türkiyənin "Cümhuriyyət" qəzetinin internet səhifəsində "Qarabağ"dan tarixi zəfər" adlı yazı yerləşdirilib.
Yazıda "Qarabağ"ın bu uğuru ilə ilk dəfə bir Azərbaycan komandasının UEFA Çempionlar Liqası yarışlarının üçüncü təsnifat mərhələsində qələbə sevinci yaşadığı qeyd olunub. Məqalədə bildirilib ki, Ağdamın Ermənistanın işğalı altında olması səbəbindən klub ev oyunlarını illərdir Bakıda keçirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB