“Qarabağ” yenə qələbə qazandı FOTOLAR

“Qarabağ” yenə qələbə qazandı FOTOLAR

Qurban Qurbanovun komandasının rəqibi Avstriya çempionu "Zalsburq"dur. Tarixində ilk dəfə Çempionlar Liqasında mübarizə aparan Ağdam təmsilçisinin güclü rəqibinə necə müqavimət göstərəcəyi maraqla gözlənilirdi.

Oyuna erkən qolla başlayan "Qarabağ" fasiləyə üstün yollanıb. İkinci hissədə qapısında qol görən son Azərbaycan çempionu qələbə qolunu vurmağa müvəffəq olub - 2:1. Qələbə qolunun müəllifi Reynaldo iki dəqiqə sonra birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 6-da, Avstriyada keçiriləcək.

Çempionlar Liqası, III təsnifat mərhələsinin ilk oyunları

20:30. "Qarabağ" (Azərbaycan) – "Zalsburq" (Avstriya) - 2:1

Qollar: Danilo Dias, 2 (1:0), Conatan Soriano, 78 (1:1), Reynaldo, 86 (2:1)

Qırmızı vərəqələr: Kristian Şveqler, 34 (birbaşa qırmızı vərəqə, "Zalsburq"), Admir Teli, 42 (ikinci sarı, ardından qırmızı vərəqə "Qarabağ"), Reynaldo, 88 (birbaşa qırmızı vərəqə, "Qarabağ")

Baş hakim: Sergey Boyko (Ukrayna).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedyev, 24. Admir Teli (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 9. Reynaldo, 11. Danilo Dias, 20. Riçard Almeyda, 41. Leroy Corc, 70. Çumbinyo

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 14. Rəşad Sadıqov, 10. Muarem Muarem, 7. Namiq Yusifov, 6. Hacı Əhmədov, 18. İlqar Qurbanov, 17. Vüqar Nadirov

"Zalsburq": 31. Peter Qulaçsi, 6. Kristian Şveqler, 17. Andreas Ulmer, 36. Martin Hintereqqer, 5. Andre Ramalho, 8. Nabi Keyta, 10. Sadio Mane, 24. Kristof Leitqeb, 44. Kevin Kembl, 7. Marsel Sabitzer, 26. Conatan Soriano (k)

Ehtiyat oyunçular: 33. Aleksandr Valke, 4. Peter Ankersen, 15. Franz Şiemer, 29. Rodney, 37. Valentino Lazaro, 77. Massimo Bruno, 42. Nils Quaşner

Bütün xəbərlər Facebook səhifəmizdə