Azərbaycanda çimərlik futbolu üzrə super liqa yarışı keçirilib. Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Klubundan bildiriblər ki, doqquz komandanın iştirak etdiyi oyunda ilk dördlük müəyyən olunub. Sonra həmin dörd komanda final mərhələsində bir-biri ilə oynayıb.
Yekunda ən çox xal yığan "Fənərbaxça" komandası Azərbaycan super liqasının qalibi adına layiq görülüb və ölkəmizi Avroliqa oyununda təmsil etmək hüququ qazanıb. İkinci yerə FHN-in İdman Sağlamlıq Klubu, üçüncü yerə isə "TT Standart Bank" komandası layiq görülüb.
AFFA və Azərbaycan Çimərlik Futbolu Federasiyasının təşkilatçılığı ilə keçirilən oyunun baş hakimi AFFA-nın nümayəndəsi Əfqan Həmzəyev olub.
Oyundan sonra qaliblərə kubok, medal, fəxri fərmanlar və pul mükafatları təqdim edilib.
Eyni zamanda, hər üç yerin qalibi respublika kubokunun final mərhələsinə vəsiqə qazanıb.
Sonda FHN-in İdman Sağlamlıq Klubunun rəisi Füzuli Musayev iştirakçı komandaların üzvləri ilə görüşərək onları təbrik edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB