Xəbər verdiyimiz kimi, iyulun 25-dən 27-dək Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə beynəlxalq "Qızıl Qran-pri" turnirinin final mərhələsi keçirilib. Yarışda 35 ölkədən 400-ə yaxın idmançı mübarizə aparıb. Turnirlə əlaqədar Beynəlxalq Güləş Federasiyasının (FİLA) prezidenti və İcraiyyə Komitəsinin üzvləri də ölkəmizdə olublar.
Beynəlxalq Güləş Federasiyasının (FİLA) prezidenti kimi ölkəmizdə ilk dəfə səfərdə olan Nenad Laloviç qayıtdıqdan sonra Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədova təşəkkür məktubu göndərib.
Məktubda deyilir: "Bakıda təşkil olunmuş Beynəlxalq "Qızıl Qran-pri" turniri zamanı göstərdiyiniz yüksək diqqət və qonaqpərvərliyə görə sizə dərin minnətdarlığımı bildirirəm. Turnirin yüksək səviyyədə təşkili, habelə Azərbaycan güləşçilərinin göstərdiyi nəticələr məni heyran etdi. Bu idman tədbirinin uğurlu keçməsi münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB