Kişi şahmatçılardan ibarət Azərbaycan millisi görkəmli şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan memorialda yeniyetmə idmançılara seans keçib. Millinin üzvləri Vüqarın 28 yaşının tamam olması münasibətilə 28 lövhədə uşaqlarla mübarizə aparıb.
Seansda yığmanın kapitanı Aleksandr Xalifman, şahmatçılardan Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Rauf Məmmədov və Eltac Səfərli iştirak edib. Turnir haqda danışan Qədir Hüseynov deyib: "Vüqarın bizimlə olmamasını qəbul etmək çətindir. Bir qədər əvvəl Şəmkirdə onun xatirəsinə böyük turnir keçirildi. İndi yeniyetmələr arasında yarış keçirilir. Çox istərdim, bu turnirlər ənənəvi olsun. Vüqarın adı daim yaşamalıdır".
"Böyük şahmatçı hər zaman xatırlanmalıdır. Bu turnir yeniyetmələr üçün əsl motivasiya olacaq. Belə yarışda iştirak etmək sevindiricidir", - deyə komandanın kapitanı Aleksandr Xalifman bildirib.
Şəhriyar Məmmədyarov isə Vüqar Həşimovun xatirə turnirində iştirak etməyi özləri üçün borc bildiyini diqqətə çatdırıb. O, vurğulayıb ki, komanda yoldaşımızın xatirəsinə həsr olunmuş turnirdə iştirak etmək vacibdir. Vüqarın xatirəsi daim qəlbimizdə yaşayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB