Azərbaycan güləşçiləri “Qızıl Qran-pri”nin finalında 10 medal qazanıblar
Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran-pri" beynəlxalq turnirinin final mərhələsi başa çatıb. "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilən turnirdə 35 ölkədən 400-ə yaxın pəhləvan mübarizə aparıb.
İyulun 27-də - yarışın sonuncu günündə yunan-Roma güləşçiləri güclərini sınayıblar.
Bu yarışmada Azərbaycanı Rövşən Bayramov, Orxan Əhmədov, Taleh Məmmədov, Kamran Məmmədov (59 kq), Həsən Əliyev, Azad Əliyev, Rövşən Tağıyev (66 kq), Rəsul Çunayev, Rüstəm Əliyev, Ceyhun Əliyev (71 kq), Rafiq Hüseynov, Niyaməddin İbrahimov (75 kq), Emin Əhmədov, Elvin Mürsəliyev (80 kq), Şəhriyar Məmmədov (85 kq), Araz Həsənov, Şalva Qadabadze, Saman Təhmasibi (98 kq), Sabah Şəriəti və Səbuhi Hümbətov (130 kq) təmsil ediblər.
Güləşçilərimizdən Taleh Məmmədov (59 kq), Həsən Əliyev (66 kq), Rafiq Hüseynov (75 kq), Elvin Mürsəliyev (80 kq) qızıl medal qazanıblar.
Rəsul Çunayev (71 kq), Saman Təhmasibi (85 kq), Sabah Şəriəti (130 kq) gümüş, Kamran Məmmədov (59 kq), Rüstəm Əliyev (71 kq) və Şalva Qadabadze (98 kq) bürünc medala layiq görülüblər.
Qaliblərə medal, diplom, pul mükafatı və xatirə hədiyyələri təqdim olunub.
Qeyd edək ki, sərbəst güləşçilərimiz yarışda 3 qızıl, 3 gümüş, 7 bürünc, qadın güləşçilərimiz isə 2 qızıl medal qazanıblar.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB