Taekvondo üzrə dünya çempionatının sonuncu günü başlandı

Taekvondo üzrə dünya çempionatının sonuncu günü başlandı

Bakıda təşkil edilən taekvondo üzrə yeniyetmələr arasında keçirilən birinci dünya çempionatı davam edir. Milli Gimnastika Arenasında təşkil olunan turnirin dördüncü – sonuncu günündə oğlanlar arasında 65, 61, qızların mübarizəsində isə 59 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək.

Azərbaycan komandasının üç üzvü - İkram Hüseynov (61 kq), Mehdi Tağıyev (65 kq-dan aşağı) və Orxan Tağızadə (65 kq-dan yuxarı) mübarizəyə qoşulurlar.

Dörd gün davam edən çempionatda 65-ə yaxın ölkədən 600-dək idmançı birincilik uğrunda mübarizəyə qoşulub.

Bütün xəbərlər Facebook səhifəmizdə