“Qızıl Qran-pri” turnirinə yunan-Roma güləşçiləri də qatılır

“Qızıl Qran-pri” turnirinə yunan-Roma güləşçiləri də qatılır

Bakıda "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilən güləş üzrə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran-pri" beynəlxalq turniri davam edir. İyulun 27-də - yarışın üçüncü günündə yunan-Roma güləşçiləri güclərini sınayırlar.

Turnirin son günündə keçirilən yunan-Roma güləşçilərinin yarışında ölkəmizi Rövşən Bayramov, Orxan Əhmədov, Taleh Məmmədov, Kamran Məmmədov (hamısı 59 kq), Həsən Əliyev, Azad Əliyev, Rövşən Tağıyev (hamısı 66 kq), Rəsul Çunayev, Rüstəm Əliyev, Ceyhun Əliyev (hamısı 71 kq), Rafiq Hüseynov, Niyaməddin İbrahimov (hər ikisi 75 kq), Emin Əhmədov, Elvin Mürsəliyev (hər ikisi 80 kq), Şəhriyar Məmmədov (85 kq), Araz Həsənov, Şalva Qadabadze, Saman Təhmasibi (hamısı 98 kq), Sabah Şəriəti və Səbuhi Hümbətov (hər ikisi 130 kq) təmsil edirlər.

Qeyd edək ki, sərbəst güləşçilərimiz yarışda 3 qızıl, 3 gümüş, 7 bürünc, qadın güləşçilərimiz isə 2 qızıl medal qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə