“Qarabağ”ın “Zalsburq”la oyun vaxtı dəqiqləşdi

“Qarabağ”ın “Zalsburq”la oyun vaxtı dəqiqləşdi

Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın "Zalsburq"la səfər oyununun başlama saatı dəqiqləşib. SİA-nın xəbərinə görə, Azərbaycan çempionu Avstriya təmsilçisi ilə cavab qarşılaşmasına Bakı vaxtı ilə saat 23:30-da (yerli vaxtla saat 20:30) çıxacaq. Matç avqustun 6-da olacaq.

Qeyd edək ki, Bakıda baş tutacaq ilk oyun iyulun 30-da saat 20:30-da start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə