Futbolçu oteldə ölü tapıldı

"Çelsi"nin sabiq futbolçusu Türkiyədə bədbəxt hadisə nəticəsində ölüb. 23 yaşlı futbolçu Cordan Tabor Antalya şəhərində bir otelin 3-cü mərtəbəsindən yıxılıb. İngiltərə mətbuatında yayılan məlumata görə, Tabor tətil üçün Antalyaya getmişdi.

Taborun səhər saat 6-da otel işçiləri tərəfindən cansız bədəni aşkarlanıb. Gənc oyunçunun eyvandan düşdüyü zənn edilir.

"Çelsi" klubu hadisə ilə bağlı başsağlığı verib: "Klubumuzdakı hər kəs bu ölüm xəbəriylə böyük bir şok keçirib. Hər birimiz dərin bir kədər hissi yaşayırıq. Bütün ürəyimiz sabiq futbolçumuzun ailəsi və yaxınlarıyla birlikdədir", - deyə klubdan bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə