Bakıda beynəlxalq şahmat festivalı keçiriləcəkdir

Bakıda beynəlxalq şahmat festivalı keçiriləcəkdir

Sentyabrın 21-dən oktyabrın 1-dək Azərbaycanın paytaxtında Müstəqillik Gününə həsr olunmuş "Baku open-2014" beynəlxalq şahmat festivalı keçiriləcəkdir. Xəzər dənizinin sahilində "AF Hotel Novxanı" otelində keçiriləcək festivalın mükafat fondu 50 000 ABŞ dolları olacaqdır ("A" turnirində birinci dərəcəli mükafat 10 000 dollardır).

Turnir İsveçrə sistemi üzrə 9 turda keçiriləcəkdir.

Hər bir iştirakçıya 40 gediş üçün 90 dəqiqə müəyyən edilir, sonra partiyanın sonunadək 30 dəqiqə + 1-ci gedişdən başlayaraq hər gediş üçün 30 saniyə.

Turnirə 2002-ci il təvəllüdlü və daha kiçik şahmatçılar buraxılırlar.

Qaliblərə diplomlar və qiymətli mükafatlar təqdim olunacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə