AGF və FİLA rəsmiləri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər
Bu gün Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsinə start verilib. SİA-nın məlumatına görə, bu münasibətlə Azərbaycan Güləş Federasiyasının (AGF) I vitse-prezidenti Namiq Əliyev, FİLA prezidenti Nenad Laloviç, AGF rəsmiləri, FİLA nümayəndələri və qonaqlar Heydər Əliyev Sarayının qarşısında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə əklil qoyub, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
Qeyd edək ki, "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilən turnirdə 35 ölkədən dünyanın 400-ə yaxın ən güclü pəhləvanları mübarizə aparır.
Proqrama əsasən, yarışların ilk günündə sərbəst güləşçilər mübarizəyə qoşulublar.
Nəzərinizə çatdıraq ki, bu gün saat 16:30-da "Sərhədçi" Olimpiya İdman Mərkəzində FİLA Prezidenti Nenad Laloviçin iştirakı ilə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsinə həsr olunmuş mətbuat konfransı keçiriləcək.
Turnirin rəsmi açılış mərasimi isə saat 17:00-da baş tutacaq.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB