“Formula-1”in Qran-pri” mərhələlərindən biri Azərbaycanda 2016-cı ildə keçiriləcək

“Formula-1”in Qran-pri” mərhələlərindən biri Azərbaycanda 2016-cı ildə keçiriləcək

"Formula-1" yarışlarının "Qran-pri" mərhələlərindən birinin 2016-cı ildə Azərbaycanda keçiriləcəyi dəqiqləşib. SİA-nın xəbərinə görə. Bu barədə Forbes" jurnalında qeyd olunub.

"Formula-1" yarışlarının rəhbəri Bernard Ekklstounun verdiyi məlumata görə, "Qran-pri" mərhələlərindən biri Azərbaycanda 2015-ci ildə keçirilsəydi, yarışların sayı həmin mövsümündə 20-dən çox olacaqdı. "Bu isə təqvimin həddindən artıq uzanmasına gətirib çıxaracaqdı. Təqvimin uzanması aparıcı komandaların narazılığına səbəb ola bilərdi. Odur ki, biz "Qran-pri" mərhələlərindən birinin Azərbaycanda 2016-cı ildə keçirilməsinə qərar verdik".

Xatırladaq ki, bir müddət bundan əvvəl "Formula-1" yarışlarının bir mərhələsinin 2015-ci ildə Azərbaycanda keçirilməsi bildirilirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə