FIFA referi köməkçisi Yaşar Abbasov 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsində növbəti təyinat alıb. SİA-nın məlumatına görə, iyulun 25-də keçiriləcək İsrail - Macarıstan qarşılaşmasının yan xətt hakimlərindən biri Y.Abbasov olacaq. Oyunu şotlandiyalı FIFA referisi Kevin John Clancy idarə edəcək. Digər laynsman Gylfi Mar Sigurdsson (İslandiya), dördüncü hakim isə Javier Estrada Fernandez (İspaniya) olacaq.
Xatırladaq ki, turnir Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB